Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqanın lideri braziliyalı futbolçu  Klaudemir Dominqes De Suozanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi Sivas təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.

“San Karlos”un yetirməsi olan Klaudemir, karyerası ərzində “Vitess”, “Kopenhagen”, “Brugge”, “Əl-Əhli” kimi klubların da formasını geyinib. Onun sonuncu komandası isə 2018-ci ildən oynadığı “Braqa” olub.