Futbol üzrə Türkiyə Super Liqasında 2023/24 mövsümünün başlayacağı tarix müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İdarə Heyəti qərar qəbul edib.

Yeni mövsümün 11 avqustda başlayacağı açıqlanıb. 2024-cü ildə Almaniyadakı Avropa çempionatı səbəbindən son tur mayın 19-da gerçəkləşəcək.