Futbol üzrə Türkiyə Super Liqasında 2019/20 mövsümü bir ilklə yadda qalıb.

Rekord.az xəbər verir ki, İstanbulun “Fənərbaxça” və “Qalatasaray” klubları ilk dəfə eyni zamanda turnir cədvəlində ilk 4-lüyə daxil ola bilməyib.

“Qalatasaray” mövsümü 6-cı, “Fənərbaxça” isə 7-ci sırada tamamlayıb.

Qeyd edək ki, Super Liqada çempion “Başakşəhər” klubu olub.