Türkiyənin “Hatayspor” klubu baş məşqçi Ömər Ərdoğanla müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ərdoğanın sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.

43 yaşlı mütəxəssis ötən ilin avqustundan “Hatayspor”u çalışdırır. Onun rəhbərlik etdiyi komanda Super Liqanın cari mövsümündə keçirdiyi 25 oyuna 42 xal toplayıb və 6-cı sırada qərarlaşıb.