
"Sumqayıt"ın yeni transferinin xərclərini AFFA qarşılayacaq ÖZƏL!
- 16 Apr 2022 17:00
- 811
Xəbər verdiyimiz kimi, “Sumqayıt” klubu Azərbaycan millisinin futbolçusu Anatoli Niriyevi heyətinə qatıb.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq 27 yaşlı hücumçunun adını sifariş vərəqəsinə əlavə edib.
Son klubu "Kolos" olan 26 yaşlı futbolçu Rusiyanın hücumundan sonra Ukraynadakı vəziyyət üzündən başqa kluba keçmək hüququndan yararlanıb. Anatoli mövsümün sonunadək Sumqayıtın eyniadlı təmsilçisində çıxış edəcək. O, yeni klubunda 91 nömrəli formanı geyinəcək. Hazırda AFFA onun Ukraynadan Azrbaycana gəlişini həyata keçirmək üçün əməli işə keçib. Əldə etdiyimiz məlumata görə, futbolçu "Sumayıt"a transfer olunsa da, onun Azərbaycana gəlməsi üçün bütün xərcləri AFFA qarşılayacaq.