"Sumqayıt" Premyer Liqada qalacağı təqdirdə növbəti mövsümə ciddi planlar quracaq.

Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi 2023-24-cü il mövsümündə iddialı olmağı planlaşdırır.

Bununla bağlı bəzi məlumatlar da əldə etmişik. Əsas məlumat ondan ibarətdir ki, baş məşqçi Samir Abasov dörd yeni legionerin alınmasını istəyir. Həmin legionerlər qapı istisna, bütün mövqelər üçün nəzərdə tutulub. Bundan başqa, yeni mövsümdən qələbələ üçün daha yüksək müfatların qoyulması da nəzərdə tutulub.