"Sumqayıt"ın yaponiyalı futbolçusu Masaki Murata "Qəbələ" ilə 1:2 başa çatan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Rekord.az xəbər verir ki, o, öncə oyunu, daha sonra isə komandadakı durumu haqda danışıb: "Birinci hissədə "yatmışıq". Yalnız ikinci hissədə "ayıldıq" və daha yaxşı oynadıq. Təəssüf ki, məğlub olduq. Amma deyərdim ki, yaxşı, eyni zamanda gənc komandamız var. Bununla bərabər təcrübəli kapitanımız var. Onun bir gənc futbolçu kimi mənə də çox böyük dəstəyi dəyib. Özümü burda çox yaxşı hiss edirəm. Açığı gələnə kimi Azərbaycan çempionatı haqda heç bir məlumatım yox idi. Təbii ki, təklif olandan sonra araşdırmağa, məlumat toplamağa başladım. Hazırda çempionatın içində olduğum üçün deyərdim ki, səviyyə də yaxşıdır".

Murata Yaponiya mediasının onunla maraqlanıb-maraqlanmaması ilə bağlı sualı da cavablandırıb: "Daha çox Almaniyada oynadığım üçün Yaponiya mətbuatında yazılanlardan xəbərim yox idi. Amma bilirdim ki, məndən öncə Honda "Neftçi"də oynayıb və onun haqqında yazmışdılar".