Abşeron Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyununun III zona birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Şabran, Lənkəran, Qubadlı və Zəngilan rayonlarının da iştirak etdiyi zona mərhələsində Sumqayıt şəhərini təmsil edən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası ən yüksək nəticə göstərərək, I yerə layiq görülüb.

Bununla da komanda iyun ayında Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan “Şahin”lərin Respublika Final mərhələsində iştirak hüququ qazanmışdır.