Günümüzün ən işlək sosial media tətbiqlərindən biri olan instagram hər keçən gün öz populyarlığını daha da artırır. İstifadəçilər tətbiq vasitəsilə bəzən günlük həyatlarından, bəzən isə iş həyatlarından paylaşımlar edərək izləyicilərin diqqətini cəlb edirlər. Bu gün sizlər üçün Sumqayıt Futbol Klubunun (FK) İnstagram səhifəsini və səhifənin aktivliyini araşdırmağa çalışdım.

 

 

- Klubun İnstagramda ən çox izləyicisi olan futbolçuları kimlərdir?

- Klubun İnstagramda ən çox paylaşım edən futbolçuları kimlərdir?

- Klubun İnstagramda ən populyar futbolçusu kimdir?

Bütün bu sualların cavabı, həmçinin Sumqayıt FK-nın İnstagramda olan futbolçuları haqqında məlumatları bu yazımda oxuya biləcəksiniz.

İlk olaraq klubun rəsmi səhifəsinə (sumqayitfc_official ) göz gəzdirdikdə izləyici fəallığı hiss olunur. 14 min izləyicisi olan klubun səhifəsi tərəfindən gündəlik olaraq 2-3 ədəd şəkil, video görüntü və məlumat paylaşılır. Toplam paylaşımların sayının 3.722, klubun səhifəsinin izlədiklərinin sayının isə 45 olduğu görülür. Qeyd etmək yerinə düşər ki, 45 izləyici klubun əsas və əvəzedici komandalarının üzvü olan futbolçularıdır.

Klubun İnstagramda ən çox izləyicisi olan futbolçuları kimlərdir?

Klubun instagramda ən çox izləyicisi olan 3 futbolçusu:

- Adəm Həmati (235 min)

- Əli Qurbani (195 min)

- Cavid İmamverdiyevdir (21.9 min).

Klubda forma geyinən cənubi azərbaycanlı soydaşlarımızı nəzərə almasaq, izləyici baxımından Murad Xaçayevi, Səbuhi Abdullazadəni, Rüfət Abdullazadəni, Cəmaləddin Xocaniyazovu fərqləndirmək olar.

Klubun İnstagramda ən çox paylaşım edən futbolçuları kimlərdir?

Klubun İnstagramda ən çox paylaşım edən 3 futbolçusu

- Cavid İmamverdiyev (1.032)

- Murad Xaçayev (658)

- Elvin Bədəlovdur (429).

Klubun futbolçularının profillərinə baxdıqda paylaşım baxımdan fəallıq hiss olunmur. Bəzi futbolçular milli və U-21 komandalarının forması altında son oyunlarda meydana çıxsalar da, bunu İnstagramda görə bilmirik. Bu da fanatların narazılığına səbəb olur. Paylaşım baxımından son aylar fəallığı ilə Tellur Mütəllimov, Aydın Bayramov, Murad Xaçayev, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə digərlərindən seçilə biliblər.

Klubun İnstagramda ən populyar  futbolçusu kimdir? 

Hər üç göstəricini nəzərə alsaq bu suala cavab olaraq Cavid İmamverdiyevi qeyd edə bilərik. Paylaşım sayında ən çox paylaşım edən, ən çox izləyicisi olan azərbaycanlı futbolçu olaraq və populyarlıq baxımından heç kimi izləmədiyinə görə digər futbolçulardan fərqlənir. Düzdür, yenidən ‟Sumqayıt”a qayıdan Cavid İmamverdiyev klubla bağlı paylaşım eləməsə də, 2017-2018-ci illərdə oynadığı müddətdə klub forması ilə xeyli paylaşım etmişdir. 

Ümid edirik ki, futbolçular bu yazını oxuyar və gələcəkdə azarkeşləri nəzərə alaraq daha çox paylaşım edəcəklər. Klubun fanatları futbolçuların Instagram profillərini bəyənərək izləyə bilərlər. Son olaraq futbolçulara gələcək karyeralarında uğurlar arzulayıram.

Hazırladı:   Cavid Məmmədov