“Sumqayıt”ın hazırlıq planı açıqlandı
- 18:40
- 38
“Sumqayıt” FK bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib.
Rekord.az xəbər verir ki, İyulun 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək komanda ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Komandamız iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivləri ilə qarşılaşacaq