
"Sumqayıt"ın futbolçusu ailəsini Azərbaycana gətirə bilmir
- 04 Mar 2022 13:00
- 745
Məlum olduğu kimi, hazırda Ukrayna ilə Rusiya arasında qanlı müharibə gedir. Şübhəsiz ki, bu müharibədə əb böyük ziyanı ərazisi hücuma məruz qalan Ukrayna çəkir. Yüz minlərlə insan rus ordusunun bombardımanından qurtulmaq üçün ya qaldığı şəhəri tərk edir, ya da zirzəmilərə, metrolara sığınır.
Rekord.az xəbər verir ki, müharibədən əziyyət çəkən ailələrdən biri də hazırda "Sumqayıtda forma geyinən Dmitri Nağıyevin ailəsidir.
Əldə etdiyimiz məlumata görə, futbolçu ailəsini Azərbaycana gətirmək istəyib. Lakin Ukraynadan beynəlxalq uçuşların dayanması səbəbindən bu, mümkün olmayıb. Belə ki, hazırda yalnız xarici ölkə vətəndaşları çarter və qatarlarla ölkədən çıxarılır.