"Sumqayıt"ın futbolçusu Peyman Babayinin İranın yüksək liqa klublarının maraq dairəsində olması haqda məlumat vermişdik.

Rekord.az məsələyə "Sumqayıt"ın da münasibətini öyrənib.

Çünki sərfəli təklif müqabilində Babayinin "Sumqayıt"dan gedəcəyi istisna deyil. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov ən azı yaya kimi bunu mümkünsüz sayır: "Peyman müqavilə ilə bizə məxsus deyil. Biz onu "Maşinsazi"dən 2 illik icarəyə götürmüşük. Ona hansısa təklifin olması haqda bizdə məlumat yoxdur. Belə təklif olsa, "Maşinsazi"yə olacaq. İkincisi, icarə müqaviləsinə görə ən azı mövsümün sonuna kimi Peyman heç hara getməyəcək. Bunu əminliklə deyə bilərəm".