
Sumqayıtda maraqlı idman tədbiri
- 19 Apr 2023 13:40
- 426
“Heydər Əliyev İli” ilə əlaqədar Muxtar Respublika Stadionunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri (2006-2007-ci il təvəllüdlülər) аrаsındа atletikanın qaçış növü üzrə birincilik keçirilib.
Rekord.az xəbər verir ki, yarışda 15 komandada (hər komandanın tərkibi 3 oğlan, 3 qız) ümumilikdə 90 məktəbli iştirak edib.
İştirakçılar 100, 200 və 400 metr məsafəyə qaçış üzrə mübarizə aparıblar. Qızlar arasında 100 metr məsafədə 9 nömrəli tam orta məktəbin şagirdi Əfsanə Babayeva, 200 metr məsafədə 7 nömrəli tam orta məktəbin şagirdi İlahə Qənbərova, 400 metr məsafədə 15 nömrəli tam orta məktəbin şagirdi Sevinc Əliyeva qalib olublar. Oğlanlar arasında isə 100 metr məsafədə 15 nömrəli tam orta məktəbin şagirdi Rəmzi Məmmədli, 200 metr məsafədə 11 nömrəli tam orta məktəbin şagirdi Ayxan Heydərov, 400 metr məsafədə 15 nömrəli tam orta məktəbin şagirdi Əliabbas Səfərov birinci olublar. İlk üç yerin sahiblərinə diplom təqdim olunub.