Böyük ehtimalla "Sumqayıt"da növbəti mövsüm üçün büdcə artımı olmayacaq.

Rekord.az-a daxil olan məlumata görə, komanda avrokuboklara vəsiqə qazansa belə, bu, baş verməyəcək.

Ümumiyyətlə, rəhbərlik səviyyəsində bu məsələ müzakirə olunmur.

Maraq üçün qeyd edək ki, "Zirə" ilə oyundan sonra saytımızın əməkdaşının bununla bağlı sualına "Sumqayıt"ın baş məşqçisi Samir Abasov belə cavab vermişdi: "Azaltmasınlar, artırmalarını istəmirəm".