
"Sumqayıt" üzərindəki qələbəyə görə 800 manatlıq mükafat
- 27 Sen 2022 13:00
- 512
Premyer Liqanın 7-ci turunda «Sumqayıt»a qalib gələn «Qəbələ»nin qazancı məlum olub.
Rekord.az xəbər verir ki, əyalət təmsilçisinin futbolçuları 1:0 hesablı qələbəyə görə 800 manat əldə edib.
12 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan «qırmızı-qaralar» «Şamaxı» və «Kəpəz»lə oyunlara görə də bu qədər mükafat alıb. (sportinfo.az)