
"Sumqayıt" təbii otdan imtina etdi
- 12 Apr 2023 11:00
- 362
"Sumqayıt" "Şamaxı" ilə oyunun hazırlıqlarını davam etdirir.
Rekord.az xəbər verir ki, komandanın dünənki məşqi saat 19:00-da baş tutub.
Samir Abasov məşq üçün "Kapital Bank Arena"nın süni örtüklü meydançasını seçib ki, bu da təsadüfi deyil. Çünki "Şamaxı"nın meydançası süni örtüklüdür və buna uyğunlaşmaq üçün Abasov bu həftəlik təbii örtükdən imtina edib. Bu arada, komandanın heyətində zədəli futbolçunun olmaması müsbət məqam sayıla bilər.