"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda son tamamlama işləri görülür. Gələn ilin əvvəllərində təhvil veriləcək".

Rekord.az xəbər verir ki, bu barədə xeberle.com-a stadionun direktoru Nadir Quliyev deyib. 

Quliyev bildirib ki, hazırda işlər davam etdirilir, lakin büdcədə vəsait az olduğundan tam sürəti ilə işlər aparıla bilmir: "Stadionun fasadında təmir bərpa işləri görülür. Bu ilin sonunda stadiona ayrılacaq yeni vəsait ilə 2022-ci ildə stadionu təhvil verə biləcəyik".