“Sumqayıt”ın gənc futbolçusu Nihad Əhmədzadənin Belçikaya transferi hələ də gündəmdədir.

Rekord.az xəbər verir ki, əslində onunla bir neçə klub ciddi maraqlanır və keçidinə bu ilin əvvəli nail olmaq istəyirdi.

Lakin futbolçunun 18 yaşının tamam olmaması onun gedişinə problem yaradırdı. Nəzərə alaq ki, Azərbaycan Avropa Birliyinin üzvü deyil və bura üzv olmayan ölkənin futbolçuları üçün işçi vizası almaq daha çətindir. Amma yayda Nihatın 18 yaşı tamam olacağından bu proses müsbət yönə doğru sürətlənə bilər. Hər şey qaydasında getsə, Əhmədzadə yeni mövsümə Belçikada başlaya bilər.