Son zamanlar I Liqada bir sıra oyunların qumara qoyulması ilə bağlı məlumatlar yayılmaqdadır.

Rekord.az xəbər verir ki, hətta bununla bağlı UEFA-dan AFFA-ya şikayət də gəlib, görülən ilkin tədbirlərdən sonra bəzi futbolçu və məşqçilər futboldan da uzaqlaşdırılıb.

Lakin proses yenə davam edir. Adı şübhəli oyunlarda hallanan komandalardan biri də MOİK-di. Bu haqda daha öncə də mətbuatda xəbərlər çıxmışdı. Hətta komandanın baş məşqçisi Qəzənfər Abbasov da açıqlama verərək araşdırmaya razı olduğunu, belə işlə məşğul olan futbolçu aşkarlanarsa belə, onun futboldan uzaqlaşdırılmasına tərəfdar olduğunu demişdi. Aldığımız məlumata görə. Federasiya yaxın günlərdə “hərbçilər”lə bağlı araşdırmaya başlayacaq. Xüsusilə “İrəvan”la son tur matçında komandanın gözlənilmədən məğlub olması, bəzi futbolçuların buraxılan qollar zamanı uşaq səhvləri etməsi AFFA-nı hərəkətə keçirib.