Siyəzən şəhər 4 nömrəli tam orta məktəbdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yeniyetmələrin boks idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, idmanın bu növünün yeniyetmələr arasında təbliğ olunması məqsədilə keçirilən idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Cavidan Hüseynov, boks üzrə məşqçi müəllimlər Elman Abdullayev, Şahin Babayev və yeniyetmə idmançılar iştirak etmişlər.

Tədbirin keçirilməsində əsas məqsəd boks idman növünün təbliği, sağlam həyat tərzinin təşviq olunması, idmana marağın artırılması, həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.