
"Sumqayıt" - "Şamaxı" matçına böyük maraq
- 14:00
- 65
"Sumqayıt" avqustun 29-da "Mehdi Hüseynzadə" adına stadionda Misli Premyer Liqasının 3-cü turu çərçivəsində "Şamaxı"nı qəbul edəcək.
Rekord.az xəbər verir ki, oyunun biletləri artıq online formada satışa çıxarılıb.
Oyun günü isə kassadan satış olacaq. Əldə etdiyimiz məlumata görə, komandanın ilk iki turda qələbə qazanması, xüsusilə "Qarabağ"ı səfərdə məğlub etməsi sumqayıtlıların "Şamaxı" ilə matça marağını daha da artırıb. Hər halda, ilk gündən bilet satışına maraq da bunu deməyə əsas verir. Əgər satışlar artan tempdə davam etsə, "Şamaxı" ilə matçda "Kəpəz"lə oyundan da (3300 azarkeş) çox azarkeşin gələcəyi gözlənilir.