
“Sumqayıt” “Kəpəz”ə qalib gəldi
- 14 İyl 2022 20:50
- 487
Yeni mövsümə hazırlığı davam etdirən “Sumqayıt” FK bu gün növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Kəpəz”lə üz-üzə gəlib.
Meydan sahibləri rəqibini 3:2 hesabı ilə üstələyib. Oyunda “Sumqayıt”ın qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub.
Bununla da, “Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub. Komanda 1 günlük istirahətin ardından iyulun 16-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. 30 iyuladək davam edəcək toplanış müddətində Aleksey Baqanın yetirmələri 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix dəqiqləşməyib.