Abşeron Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kapoeyra idman növü üzrə Respublika çempionatı keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda şəhər və rayonların 200-dən çox idmançısı qalib adı uğrunda mübarizə aparmışlar.

Sumqayıt şəhərini təmsil edən idmançılarından Yusif İsayev çempionatın qızıl, Ömər Məlikzadə, Raşid Nursoy gümüş, Ömər Nursoy, Yusif Əbilov və Mehdi Məlikrzazadə isə bürünc medalına sahib olmuşlar.