Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionun yaxın günlərdə futbolsevərlərin ixtiyarına veriləcək.

Rekord.az xəbər verir ki, saytımızın baş redaktoru Kənan Məstəliyevin məsələ ilə bağlı yazısına şəhər icra hakimiyyətindən gələn cavabda belə deyilir:

"Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Sumqayıt şəhərində möhtəşəm stadion inşa olunub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu beynəlxalq standartlara uyğun şəkildə və xüsusi zövqlə yenidən tikilib. On min azarkeş tutumuna malik olan stadion yaxın zamanlarda futbolsevərlərin ixtiyarına veriləcək".