"Sumqayıt" Futbol Akademiyasının yeni rəhbəri kim olacaq?
- 13:00
- 40
Hakan Sünalın gedişindən sonra "Sumqayıt" Futbol Akademiyasına hələ də yeni rəhbər təyin olunmayıb.
Rekord.az xəbər verir ki, bu posta bir neçə namizəd var.
Mətbuatda AFFA-dakı işindən ayrılan Cahangir Həsənzadənin adı hallanır. Digər namizəd isə "Səbail"dən ayrılan Adil Şükürovdu. Şükürovun daha öncə "Zirə"də və "Turan Tovuz"da da akademiya sahəsində iş təcrübəsi var. Sünalın köməkçisi olmuş Azər Mehtiyev, eləcə də Zaur Hidayətov və Mehman Yunusovun da adı namizədlər sırasında hallanır. Son 3 şəxs həm də Sumqayıt futbolunun yetirmələridir.