2023/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” FK ilk futbolçu keçidini reallaşdırıb.

Rekord.az xəbər verir ki, sözügedən klub son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzalayıb.

2017-2020-ci illərdə də bu komandanın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib. Milli komandada 1 matçda iştirak etmiş 31 yaşlı qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.