
"Sumqayıt" bu il yeni stadionda oynaya biləcək?
- 28 Sen 2022 12:00
- 892
Xəbər verdiyimiz kimi, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu oktyabr ayında təhvil veriləcək.
Rekord.az xəbər verir ki, hər kəsi daha çox düşündürən, şəhərin yeganə komandası olan "Sumqayıt"ın bu il yenistadionda oyuna çıxıb-çıxmayacağıdır.
Əldə etdiyimiz məlumata görə, arena oktyabr ayının sonunda istifadəyə verilsə də, ilin sonuna kimi burada futbol matçı keçirilməyəcək. Səbəb ot örtüyünün yeni olması və mövsümün üzü qışa doğru getməsidir.