"Kəpəz" aparıcı futbolçularının digər klubların maraq dairəsində olması heç kimə sirr deyil.

Rekord.az-a daxil olan məlumata görə, hazırda iki futbolçu, müqaviləsi mövsümün sonunda başa çatacaq Şuaybu və Ayzayoya xüsusi maraq var.

Şuaybunun "Neftçi"nin maraq dairəsində olduğu deyilir. Ayzayo ilə isə "Sumqayıt" yaxından maraqlanır. Əgər maddi baxımdan ciddi təklif olarsa, "Kəpəz"in bu futbolçuları saxlaması çətin olacaq.