
Suares dünya çempionatından sonra bu kluba keçəcək
- 06 Okt 2022 19:00
- 388
"Nasyonal"ın (Uruqvay) məşhur futbolçusu Luis Suaresin transfer olunacağı klubun adına aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
35 yaşlı hücumçu "Los Anceles Qelaksi"yə keçəcək. O, DÇ-2022 başa çatandan sonra ABŞ təmsilçisinə transfer olunacaq.
Daha əvvəl "Nasyonal"ın prezideni Xose Fuentes Suareslə müqavilənin yenilənməyəcəyini bildirmişdi.
Qeyd edək ki, Suares iyulda "Nasyonal"a keçib.