
"Ştutqart"ın futbolçusu 18 yaşlı qıza təcavüz etdi
- 13 İyn 2022 21:32
- 494
Almaniyanın “Ştutqart” klubunda forma geyinən türk əsilli almaniyalı yarımmüdafiəçi Atakan Karazor İspaniyanın İbiza şəhərində həbs edilib.
Rekord.az xəbər verir ki, futbolçunun həbs xəbərini “Ştutqart” klubu da təsdiq edib, lakin həbsin motivləri barədə heç bir məlumat verilmir.
İspaniya mətbuatı isə yazır ki, 25 yaşlı futbolçu həmyaşıdı olan dostu ilə 18 yaşlı ispaniyalı qadına təcavüz etdiyi üçün saxlanılıb.
Lakin hələlik İspaniyanın hüquq mühafizə orqanları da hadisə ilə əlaqədar rəsmi məlumatla çıxış etməyib.
Qeyd edək ki, Türkiyənin “Beşiktaş” və “Trabzonspor” klubu artıq xeyli müddətdir ki, Atakan Karazoru sıralarına qatmaq istəyir.