Bu gün Sportnet.az internet nəşrinin fəaliyyətə başlamasından 7 il ötür. 

Rekord.az xəbər verir ki, sayt 2014-cü il mayın 15-də İdman Araşdırmalar Mərkəzinin (İAM) layihəsi kimi oxucularla görüşə gəlib. 

Sportnet.az bütün növlər üzrə ölkədaxili və beynəlxalq yarışları işıqlandıırır, Azərbaycan idmanının təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. İnternet nəşrində mühüm olaylar barədə xəbərlər, reportajlar hazırlanır, müxtəlif mövzularda müsahibələr, araşdırmalar, təhlillər yer alır.

Rekord.az 7 yaşı münasibətilə “Sportnet”iin əməkdaşlarını təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.