“Turan Tovuz”un yeni sponsoru olan “Huner Group”un prezidenti Ehtiram Quliyev komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

Rekord.az-a daxil olan məlumata görə, şirkər rəhbəri görüş zamanı baş məşqçiyə tam dəstəyini ifadə edib.

Ona “istefa” qışqıran azarkeşlərin çağırışlarından ruhdan düşməməyi və işinə davam etməyi tövsiyyə edib. Bildirib ki, sponsor olaraq, Abbasova güvənirlər və arxasındadılar.