"Neftçi"nin cari mövsümdəki çıxışı xüsusilə də kubokla erkən vidalaşması SOCAR-dan kluba kuratorluq edən şəxslərin xoşuna gəlmir.

Etibarlı mənbədən Rekord.az-a daxil olan məlumata görə məhz bu səbəbdən klub rəhbərliyindən hesabat istənilir.

Güman ki bu məqsədlə yaxın zamanlarda Kamran Quliyev SOCAR-a hesabata çagırılacaq. Xüsusilə legionerlərin səviyyəsi və onlara xərclənən vəsaitin hesabatı soruşulacaq. Yalnız bundan sonra qış transferləri üçün nə qədər vəsait ayırılacagı məlum olacaq.