
Şmeyxel de Xeyanı təbrik etdi
- 20 Fev 2023 14:45
- 438
"Mançester Yunayted"in qapıçısı David de Xeya bu klubun heyətində 180-ci quru oyununu keçirib.
Rekord.az xəbər verir ki, 2011-ci ildə "Atletiko"dan "Mançester Yunayted"ə gələn ispaniyalı qapıçı, bu klubun heyətində indiyə kimi 521 oyuna çıxıb.
"Mançester Yunayted"in sabiq qapıçısı, futbol əfsanəsi Peter Şmeyxel də 180-cı quru seriya münasibəti ilə de Xeyanı təbrik edib və bunu fantastik nəticə adlandırıb.