Slovakiya millisi Azərbaycan yığması üzərində çətin qələbəyə sevindi.

Rekord.az xəbər verir ki, UEFA Millətlər Liqası çərçivəsində “Dalğa Arena”da baş tutan qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatsa da, fasilədən sonra

əvəzetmələrlə güclənən qonaqlar əla kombinasiyadan sonra vurulan qol hesabına oyunu qalib başa vurdu – 1:0.
Matç başa çatandan sonra slovakların sevincini görməyə dəyərdi. 3 gün əvvəl Qazaxıstana məğlubiyyətə görə qınağa tuş gələn milli üzvlərinin

növbəti uğursuzluğu ciddi problemlərə yol aça bilərdi.
Lakin Bakıdakı 3 xal onları növbəti mərhələyə yüksəlmək baxımından həm ümidləndirdi, həm sevindirdi.

Yığmamız üzərindəki qələbədən sonra “Dalğa Arena”nın qonaqlar üçün ayrılmış paltardəyişmə otağında maraqlı görüntülər qeydə alınıb.