Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən "İdman həftəsi" (27 fevral - 5 mart) çərçivəsində 2 mart 2023-cü il tarixində Şabran rayonunda da tədbir keçiriləcək.

Rekord.az xəbər verir ki, saat 10:00-da Böyük Həmyə kənd tam orta məktəbinin idman zalında boks idman növü üzrə ustad dərsləri təşkil olunacaqdır.

Ustad dərsləri boks üzrə yeniyetmələr və gənclər arasında 2 qat Azərbaycan çempionu, Kişilər arasında boks üzrə Respublika birinciliyinin bürünc medalçısı, boks üzrə U-22 Avropa çempionatının iştirakçısı, həmçinin bir çox Beynəlxalq yarışların qalib və mükafatçısı Əflatun Babayev tərəfindən keçiriləcəkdir.