
Siyəzəndə "Futbol hamı üçün” kütləvi idman tədbiri
- 31 Mar 2023 16:16
- 384
Martın 29-da şəhər stadionunda “Narkomaniyaya yox deyək!” layihəsi çərçivəsində “Futbol hamı üçün” kütləvi idman tədbiri təşkil olunub.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd idmana marağın yüksəldilməsi, sağlam həyat tərzinin təşviqi, gənc nəslin fiziki sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi, zərərli vərdişlərə qarşı sosial fəallığın artırılması, həmçinin asudə vaxtın səmərəli təşkil olunması idi.
Tədbir zamanı iştirakçılara narkomaniya və digər zərərli vərdişlərin zərərləri, idmanla məşğul olmağın və sağlam həyat tərzinin əhəmiyyəti və s. barədə ətraflı məlumat verilərək maarifləndirici söhbət aparılmışdır. Kütləvi idman tədbirində 50-dən çox yeniyetmə və gənc iştirak etmişdir.