Siyəzən rayonunda "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş boks üzrə 2008-2009-cu və 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında Siyəzən rayon birinciliyi keçiriləcək.

Rekord.az xəbər verir ki, birincilik 13-14 oktyabr, saat 15:00-da Siyəzən rayonu, N.Əsədov adına 4 saylı tam orta məktəbində baş tutacaq.