
Şimali Makedoniya - Azərbaycan oyunlarının başlama vaxtı bəlli oldu
- 13 Apr 2023 18:41
- 371
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şimali Makedoniya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama vaxtı məlum olub.
Rekord.az xəbər verir ki, aprelin 18-də keçiriləcək ilk oyun 16:00-da, 20-də təşkil olunacaq qarşılaşma isə saat 14:00-da başlayacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.