
Şeydayevin komandasından böyükhesablı qələbə
- 30 İyl 2023 18:28
- 376
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, Tailand təmsilçisi yerli “Kxonkan Yunayted”lə üz-üzə gəlib. Oyun “Buriram Yunayted”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb. O, bir qol ötürməsi ilə yadda qalıb.