
Şeydayev və komandası superkuboku qazana bilmədi
- 05 Avq 2023 22:41
- 343
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" Çempionlar Kuboku uğrunda matça çıxıb.
Rekord.az xəbər verir ki, komanda “Banqkok Yunayted”lə qarşılaşıb.
Görüş "Buriram Yunayted"in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Nəticədə futbolçumuzun komandası superkuboku əldən verib.
Şeydayev oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.