"Şamaxı" Misli Premyer Liqasının 8-ci turunda doğma meydanda "Şəfa"nı 3:2 hesabı ilə məğlub edib.


Rekord.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyunu belə şərh edib:


“Çox maraqlı oyun oldu. Bu qələbəni Qaxdan gələrkən yol qəzasında həyatını itirən gənc futbolçumuz Seyidəli Babazadəyə həsr edirəm. Bizim akademiyanın futbolçusu idi. Allah rəhmət eləsin. Bütün azarkeşlərimizi təbrik edirəm,  "Şəfa"ya uğurlar arzulayıram.


Hər işdə xeyir var. Qismətimizdə bu seriya var idi. Uşaqlar meydanda əziyyət çəkirlər. Həmişə onlara deyirəm ki, Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək. Mehriban, döyüşkən kollektiv yaratmışıq”.