
Şevçenkonun "Qalatasaray"a keçidinə nə mane olub?
- 21 Yan 2022 13:53
- 527
“Cenoa”nın yollarını ayırdığı Andrey Şevçenko karyerasını Türkiyədə davam etdirə bilərmiş.
Rekord.az xəbər verir ki, “Qalatasaray” ukraynalı mütəxəssislə yanvarın ilk günlərində danışıqlar aparıb.
Ötənlərin tanınmış futbolçusu özü də “cim-bom” rəsmilərinə Türkiyədə çalışmağa hazır olduğunu bildirib.
Maraqlısı orasındadır ki, “Qalatasaray” yanvarın 11-də Domenek Torrentlə anlaşdığını açıqlayandan 4 gün sonra “Cenoa” Şevçenkonu istefaya göndərib.
Ehtimal edilir ki, Genuya təmsilçisi ukraynalı məşqçinin "Qalatasaray"a keçidinə əngəl olmaq üçün bir qədər gözləyib.