Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib.

Rekord.az xəbər verir ki, Ukrayna yığmasının sabiq hücumçusu və baş məşqçisi bu gün qurumun yeni prezidenti seçilib.

Kiyevdə təşkilatın yeni prezidentinin seçkilərinin keçirildiyi UAF Konqresinin iclası baş tutub.

Xatırladaq ki, Şevçenko yeganə namizəd idi.