Şərur rayon Dizə kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığın yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi, vətənpərvər ruhda tərbiyə edilməsi, uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunmaları mövzusunda profilaktiki tədbir keçirilib.

Rekord.az xəbər verir ki, gənclər və idman idarəsi, Təhsil şöbəsi və Polis idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 32 nəfər şagird iştirak edib.