Futbol üzrə Serbiya yığmasının dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasına qarşı keçirəcəyi oyun üçün heyəti açıqlayıb.

Rekord.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Draqan Stoykoviç 30 futbolçuya dəvət göndərib.

Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 15 yarımmüdafiəçi və 4 hücumçuya yer verilib.

Qapıçılar: Predraq Raykoviç (“Rems”, Fransa), Marko Dmitroviç (“Eybar”, İspaniya), Corce Nikoliç (“Bazel”, İsveçrə);

Müdafiəçilər: Stefan Mitroviç (“Strasburq”, Fransa), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya), Uroş Spayiç (“Feyenoord”, Niderland), Miloş Velkoviç (“Verder”, Almaniya), Strahinya Pavloviç (“Serkl Brügge”, Belçika), Marko Petkoviç (“Baçka Topola”), Milan Qayiç (“Srvena Zvezda”), Filip Mladenoviç (“Legiya”, Polşa);

Yarımmüdafiəçilər: Mixailo Ristiç (“Monpelye”, Fransa), Saşa Lukiç (“Torino”), Uroş Raçiç (“Valensiya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), Nemanya Qudel (“Sevilya”, İspaniya), Nemanya Radonyiç (“Heta”, Almaniya), Duşan Tadiç (“Ayaks”, Niderland), Nenad Krstiçiç (AEK, Yunanıstan), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Filip Duriçiç (“Sassuolo”, İtaliya), Darko Lazoviç (“Verona”), Marko Qruyiç (“Portu”, Portuqaliya), İvan İliç (“Verona”, İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Filip Kostiç (“Ayntraxt”, Almaniya);

Hücumçular: Aleksandr Mitroviç (“Fulhem”, İngiltərə), Luka Yoviç (“Ayntraxt”, Almaniya), Duşan Vlahoviç (“Fiorentina”, İtaliya), Corce Despotoviç (“Rubin”, Rusiya).

Qeyd edək ki, Serbiya yığması martın 30-da Azərbaycan millisinin qonağı olacaq. Bundan öncə isə sözügedən komandanı martın 24-də İrlandiya, 3 gün sonra isə Portuqaliya ilə ev oyunları gözləyir.