Seneqal millisi üçün hələ heç nə bitməyib.


Rekord.az xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Pap Tyav Norveçə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.


Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:


"Futbolçularımız başa düşürlər ki, hələ heç nə bitməyib. Hər şey son turun nəticələrindən asılı olacaq. Bu, məğlubiyyətdir və biz bunu qəbul edib yolumuza davam etməliyik. Qarşıda bir oyunumuz qalıb. Həmin matçda əlimizdən gələnin ən yaxşısını etməli və inamımızı qorumalıyıq".


Qeyd edək ki, Norveç Seneqal millisini 3:2 hesabı ilə məğlub edib.