Çempionatda ard-arda xallar itirərək avrozonadan uzaqlaşan "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov çıxılmaz vəziyyətə düşüb. Sirr deyil ki, ona yaya qədər vaxt verilib. Uğurlu nəticə qazanacağı və komandanı avrokuboklara çıxaracağı halda onunıla yeni müqavilə bağanacaq. Əks halda, yola salınacaq. Artıq bu gedişlə çempionatdan avrokuboklara düşmək çətin görünür.

Lakin Rekord.az-a daxil olan məlumata görə, Qurbanovun "Keşlə"də qalmaq şansı var.

Bunun üçün o, ölkə kubokunu qazanmalıdır. Yalnız bu halda rəhbərlik onun komandada qalmasına qərar verəcək.

Qeyd edək ki, ölkə kubokunun yarımfinalında olan "Keşlə" bu mərhələdə "Zirə" ilə üz-üzə gələcək.