Şəmkir Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə Şəmkir rayon UGİM-nin daxili birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışa şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanılıb.

Daxili birincilikdə ümumilikdə 45 nəfər idmançı iştirak edib. Qaliblər diplomlarla təltif olunublar.