İmişli Olimpiya İdman kompleksinin boks zalında «Şəhid Əli Elçin klubu» nun yaradılmasının il dönümünə həsr olunmuş boks idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, Mil-muğan regional Gənclər və İdman idarəsi İmişli rayonu üzrə Gənclər və İdman sektorunun və «Şəhid Əli Elçin” klubu»nun birgə təşkilatçılığı ilə təşkil olunan bu yarışda rayonumuzun iki klub və UGŞİM-nin komandası ilə yanaşı Bakının 2 komandası, Gəncənin 2 komandası, Haçıqabul komandası, Lənkəran komandası da iştirak ediblər.

2 gün davam edən yarışda müxtəliş yaş və çəki dərəcəsində 1-ci, 2-ci və 3-cü yeri tutan boksçular Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar. Tədbirdə şəhid Əli Elçinin ailə üzvləri iştirak edib. Mil-Muğan Regjonal Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Qiyasov tədbir iştirakçılarını salamlayıb və onıara uğurlar arzulayıb.